İcarəyə verilir 3 otaqlı yeni tikili 132 m², Ağ şəhər q.
Şəhərimizin gözəl və prestijli ərazilərindən biri olan Ağ Şəhərdə, Mərkəzi Bulvar küçəsində yerləşən Diplomat MTK tərəfindən inşa edilmiş 7 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 132 kv.m olan 3 otaqlı mənzil aylıq 1700 manata kirayə təklif edilir. Mənzildə geniş zal, 2 yataq otağı, geniş və rahat mətbəx, holl, 2 sanuzel və 2 sanitar qovşağı mövcuddur. Mənzil rahat planlanması və əlverişli yerləşimi ilə seçilir. Komfortlu və mərkəzi mövqedə yaşamaq istəyənlər üçün ideal seçimdir. Maraqlanan şəxslər buyurub müraciət edə bilərlər.