Bakıxanov qəsəbəsinin ən rahat və əlverişli ərazilərindən birində, Park Plus, Heydər Əliyev adına park və məscidin yaxınlığında yerləşən 9 mərtəbəli abad məhəlləli binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzil satışa təqdim olunur.
Mənzil orta təmirlidir, səliqəli vəziyyətdədir və yaşayış üçün yararlıdır. Otaqları geniş, işıqlı və rahat planlaşdırılıb. Mənzil əşyalı satılır, alıcı istəyə uyğun istifadə edə və ya yenidən təmir edib zövqünə uyğun dəyişiklik edə bilər.
Binanın həyəti abadlaşdırılıb, məhəllə sakit və səliqəlidir. Ətrafında məktəb, bağça, marketlər, park, ictimai nəqliyyat dayanacağı və digər vacib infrastruktur obyektləri yerləşir. Ailə üçün əlverişli, həmçinin yatırım məqsədilə dəyərli seçimdir.
Əlavə məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.