İcarəyə verilir 3 otaqlı yeni tikili 150 m², 8 Noyabr m.
Nəsimi rayonu, Ənvər Hüseynov küçəsində, 8 Noyabr metrosunun yanında, Bakı Asiya Universiteti, Nurgün Motors, Qafqaz Otel, Neptun Market, Bolmart, Dəniz Market və Yaşıl Ada uşaq bağçasının yaxınlığında yerləşən Azinko yaşayış kompleksinə məxsus binada 3 otaqlı mənzil kirayə verilir.
Mənzil 20 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 150 kv.m-dir. Təmirli və əşyalıdır. Mənzildə 2 geniş yataq otağı, zal, mətbəx, 2 sanuzel və 2 sanitar qovşağı mövcuddur. Rahat və geniş planlaşdırmaya malikdir.
Bina əlverişli ərazidə yerləşir. Ətrafında marşrut dayanacağı, marketlər, məktəb, bağça və müxtəlif iaşə obyektləri mövcuddur.
Aylıq kirayə qiyməti 1100 manatdır. Binanın komendant pulu qiymətə daxildir.