Nəsimi rayonunun ən əlverişli və rahat ərazilərindən biri olan Əli Mustafayev küçəsində, Memar Əcəmi metrosuna cəmi 5 dəqiqəlik məsafədə yerləşən mənzil və obyekt satışa təqdim olunur!
.
Mənzil haqqında:
5 mərtəbəli möhkəm daş binanın 1-ci mərtəbəsində, orta blokda yerləşən bu mənzil “Xruşovka” layihəlidir və qanuni 2 otaqdan ibarətdir.
Ümumi sahəsi 55 kv.m-dir.
Mənzil səliqəli və yaşamaq üçün tam yararlıdır. Qaz, su və işıq daimidir.
Mərkəzi istilik sistemi ilə təchiz olunub.
Bütün sənədlər qaydasındadır və alqı-satqıya tam hazırdır.
.
Yerləşmə üstünlükləri:
Ərazi olduqca əlverişlidir – sakit məhəllə, geniş infrastruktur və rahat nəqliyyat imkanları. Məktəb və uşaq bağçası binanın yaxınlığında, cəmi 1 dəqiqəlik məsafədə yerləşir. .
Obyekt haqqında:
Mənzilin altında yerləşən və əlavə gəlir mənbəyi kimi istifadə oluna biləcək obyekt də satışa təqdim olunur.
Ümumi sahəsi 80 kv.m olan obyekt kupçalıdır və hazırda işlək vəziyyətdədir.
Obyekt 7 otaqdan ibarətdir, bunlardan 2-si geniş zaldır.
Bundan əlavə, 5 köməkçi otaq və 2 sanitar qovşağı mövcuddur.
Müxtəlif biznes fəaliyyətləri üçün ideal seçimdir (ofis, kurs mərkəzi, salon və s.).
.
Əlavə üstünlük:
Bu təklif həm yaşamaq, həm də eyni anda biznes quraraq gəlir əldə etmək istəyənlər üçün nadir fürsətdir.
Obyektin qiyməti: 180,000 AZN
.
Qeyd: Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir. Ətraflı məlumat və mənzilə baxış üçün istənilən vaxt əlaqə saxlaya bilərsiniz.